Bizə yazın
Saytla bağlı sizi maraqlandıran suallarınızı, ineed'in funksionallığını artırmaq və sizə daha yaxşı xidmət göstərməyimiz üçün təklif və ya iradlarınızı yaza bilərsiniz
Saytla bağlı sizi maraqlandıran suallarınızı, ineed'in funksionallığını artırmaq və sizə daha yaxşı xidmət göstərməyimiz üçün təklif və ya iradlarınızı yaza bilərsiniz
Saytla bağlı sizi maraqlandıran suallarınızı, ineed'in funksionallığını artırmaq və sizə daha yaxşı xidmət göstərməyimiz üçün təklif və ya iradlarınızı yaza bilərsiniz
Ölkəmizdə kifayət qədər ağıllı və bacarıqlı mütəxəssislərin, eləcə də kifayət qədər potensiallı və parlaq gənclərin yetişdiyini bilirik. Onların öz sahələrində işlərini davam etdirməsi, habelə xaricə üz tutmaq əvəzinə ölkəmizdə qalıb, fəaliyyət göstərməsini stimullaşdırmaq üçün onların görünürlüyünün və əlçatanlığının artırılması zəruridir. Bu, təhsil səviyyəsindən asılı olmayaraq, bütün ixtisas və peşə sahibləri üçün birmənalı olaraq keçərlidir.
Digər tərəfdən isə, vətəndaşlarımızın keyfiyyətli xidmətlərlə təmin olunması, daha doğrusu belə xidmətlərin daha əlçatan səviyyəyə gətirilməsi onların doğru xidməti tapması, yerli mütəxəssislərimizə daha çox etibar etməsi, eləcə də vaxtına və puluna qənaət etməsi baxımından çox önəmlidir.
Bu məsələlərin həllində köməkçi funksiya daşıyan www.ineed.az (bundan sonra: ineed) platformasının yaranma məqsədi xidmət təminatçıları (burada: peşəkarlar) və istehlakçıları (burada: istifadəçilər) arasında birbaşa bağlantını optimallaşdırmaqdır. Vətəndaşlarımızın və eləcə də xarici qonaqlarımızın ölkəmizdə ehtiyac duyduyu xidmətləri asan, cəld və etibarlı axtarışını, digər tərəfdən isə, xidmət təminatçılarının görünürlüyünün və əlçatanlığının artırılması üçün ineed xüsusi həllər təklif edir.
Peşəkarların ineed hesabını özləri idarə etməsi onlara hesabını istədiyi kimi özəlləşdirməyə və özü haqqında istədiyi informasiyaları qeyd edərək istifadəçilərin seçim prosesində köməklik etməsinə imkan verir. Bu prosesə kömək edən digər amillər isə peşəkarların Forum və Bloq fəaliyyətləridir.
İstifadəçilərin asan axtarış sistemi vasitəsilə bütün peşəkarların siyahısını görə bilməsi və onların arasından seçim etməsi üçün lazım olan bütün informasiyalara əlçatımının (access, erişim) olması isə vətəndaşlara keyfiyyətli xidmətlərin təminatı baxımından vacib köməkçi funksiyanı yerinə yetirir. Keçmiş müştərilərin peşəkarlar haqqında rəyləri də bu informasiyalar arasındadır.
Tərəflər arasında etibarlılığın artırılmasında vasitəçi olaraq ineed’in üzərinə düşən ən böyük məsuliyyət şəffaflıqdır. Buna görə də biz əlimizdən gələni edirik ki, bu üçtərəfli əlaqədə maksimum şəffaflığı təmin edək. Belə olduqda qarşılıqlı etibarlılıq möhkəm və davamlı olacaq. Bu isə özlüyündə haqqında danışdığımız məsələlərin ardıcıl həlləri ilə nəticələnəcək.
ineed’in hər kəs üçün faydalı olacağına inanırıq və bunu arzu edirik.
ineed.az platforması Azərbaycan Respublikası Dövlət Qanunvericiliyinin tələblərinə uyğun olaraq təsis edilmiş (2022) “MYCELIUM” MMC (təsisçi: Vüqar Məmmədov) şirkəti altında 2022-ci ildə fəaliyyətə başlamışdır.