Mündəricat
Özünüz barədə fundamental məlumatlardan ibarət bu bölmədə sizdən 2 alt bölməni doldurmağınız tələb olunur. Qeyd edək ki, bu bölmənin doldurulması yalnız “Peşəkar” hesablar üçün məcburidir. “İstifadəçi” hesablar heç bir məlumat qeyd etmədən ineed’dən istifadə edə bilər.

Haqqında #
Bu alt bölmədə 5 məlumat qeyd edilməlidir:
- Ad* – burada ilkin olaraq qeydiyyat zamanı seçdiyiniz istifadəçi adınız (nik) yazılır. Bu məlumatı dəyişərək öz adınızı yazmağınız tövsiyyə olunur.
- Soyad*
- Cinsiyyət* – burada 3 variantdan birini seçdikdən sonra, bu məlumatın gizliliyini dəyişə bilərsiniz (yalnız mən, ineed üzvləri, hər kəs)
- Doğum tarixi*
- İxtisas sahəsi* – seçməklə hesabınızı “Peşəkar“a yüksəldirsiniz. Bundan sonra sizin üçün aşağıdakı alt bölmə və “Peşəkar məlumatlar” səhifəsi açılır. Sonrakı məlumatların qeyd edilməsi artıq məcburidir.
İxtisas və Əlaqə #
- İxtisas/Peşə* – “İxtisas sahəsi” xanasından fərqli olaraq burada siz hazır variantlardan seçim etmək əvəzinə, ixtisas və ya peşənizi özünüz yazırsınız.
- Şəhər/Rayon*
- Fəaliyyət ünvanı (istəyə bağlı) – online fəaliyyət göstərən peşəkarlar nəzərə alınaraq bu xananın doldurulması məcburidən → istəyə bağlı olaraq dəyişdirilmişdir. Fiziki fəaliyyət göstərən peşəkarlar ünvanı qeyd etdikdən sonra təklif edilən variantlardan seçməlidir. Əks təqdirdə müştərilər tərəfindən tapılmaq və Google Maps vasitəsilə istiqamət əldə etmək mümkün olmayacaq.
- İş nömrəsi*
Ulduzla (*) işarələnmiş xanaların doldurulması (peşəkarlar üçün) məcburidir.
Bu məlumatları qeyd etdikdən sonra növbəti addım özünüz haqqında “Peşəkar məlumatlar” əlavə etməkdir.