Hesabınızda profil avatarında sizin şəklinizin olması müştəri etibarlılığı baxımından çox önəmlidir. Bundan əlavə, şəklin keyfiyyəti və ixtisasınızla əlaqəli geyimdə, arxa fonda və rəng çalarlarında çəkilişi də müştərilərin sizin haqqınızda ilkin təəssürat formalaşdırmasında xüsusi əhəmiyyət daşıyır.
Profil şəkli əlavə etməyin 2 yolu var:
Yaşıl ikon #
Bu ekran görüntüsü Parametrlər səhifəsində alınıb. 1-ci yol Yaşıl ikona klikləməkdir.

Profil avatarı #

2-ci yol isə, Hesabım/Profilim səhifəsinə daxil olaraq profil avatarınıza klikləməkdir.
Şəkil əlavə et #
Hər iki halda aşağıda göstərilən səhifəyə yönləndiriləcəksiniz:

Burada cihazınızdan yeni şəkil yükləyə və ya canlı olaraq şəklinizi çəkib əlavə edə bilərsiniz.
Profil şəkli yükləmək peşəkarlar arasında görünməyiniz üçün son tələb idi. Artıq “Peşəkarlar” səhifəsində hər kəs tərəfindən görünürsünüz və ineedin bütün funksiyalarından istifadə etmək səlahiyyətiniz var!
Peşəkar fəaliyyətinizdə uğurlar arzu edirik!
ineed