(Burada) Peşəkarlar ineed’də fəaliyyət göstərən xidmət istehsalçılarıdır. İxtisasından və ya peşəsindən asılı olmayaraq (Azərbaycan Respublikasının Qanunvericiliyi ilə tənzimlənən çərçivədə) hər kəs ineed’də qeydiyyatdan keçərək öz xidmətlərini təklif edə bilər.
Bunun üçün hesabınızı peşəkara yüksəltmək lazımdır. “Peşəkar ol” səhifəsinə keçid edərək və ya “Haqqımda” bölməsində “İxtisas sahəsi” seçərək, daha sonra yeni açılan bölmələrin hamısını (“Vebsayt” xaric) doldurmalı və profil şəkli əlavə etməlisiniz. Peşəkarlardan tələb olunan məlumatlar bunlardır:

I Şəxsi məlumatlar bölməsi #
- Haqqında alt bölməsi:
- Ad*
- Soyad*
- Cinsiyyət*
- Doğum tarixi*
- İxtisas sahəsi*
- İxtisas və Əlaqə alt bölməsi:
- İxtisas/Peşə*
- Şəhər/Rayon*
- Fəaliyyət ünvanı (istəyə bağlı)
- İş nömrəsi*
II Peşəkar məlumatlar bölməsi #
- Bio – (istəyə bağlı, yüksək önəmli)
- Bacarıqlar/Biliklər*
- Xidmətlər*
- Vebsayt (istəyə bağlı)
III Profil şəkli* #
Yuxarıdakı ekran görüntüsündə yaşıl ikona, eləcə də öz profil avatarınıza klikləmək sizi profil şəkli yükləyə biləcəyiniz yeni səhifəyə yönləndirəcək. Qeyd edək ki, öz şəklinizi yerləşdirməyiniz, eləcə də şəklin keyfiyyəti etibarlılıq baxımından çox vacibdir.
“*” ilə işarələnən xanalar tələb olunandır. Bu o deməkdir ki, “Peşəkarlar” səhifəsində və axtarış nəticələrində görünməyiniz üçün bu xanalar doldurulmalıdır.
“Cinsiyyət” və “İş nömrəsi” xanaları gizlədiləbiləndir. İstəyə bağlı olaraq bu məlumatların məxfiliyini saytın istifadəçilərindən qoruya bilərsiniz. Müştəriləriniz sizinlə ineed DM vasitəsilə əlaqə saxlaya bilərlər.
Yuxarıdakı addımları tamamlamaq sizin peşəkar hesabınızın hazır olduğunu göstərir. Artıq ictimaiyyətə açıq peşəkar hesabınızla fəaliyyətə başlaya bilərsiniz.