Bu bölmə peşəkarların doldurması mütləq olan məlumat toplusudur. Qeyd etdiyiniz məlumatları istədiyiniz vaxt dəyişdirə və yaxud yeniləri əlavə edə bilərsiniz.

Burada yerləşən alt bölmələrə bir-bir nəzər salaq:
Xidmətlər #
Təklif etmək istədiyiniz fəaliyyət növlərini burada əlavə edə bilərsiniz.

Yeni xidmət təklif etmək üçün “Xidmət əlavə et” düyməsinə kliklədikdən sonra açılan paneldə xidmət məlumatlarını doldurmaq lazımdır:

- Xidmət ikonu – vizual xarakter daşıyır. Xidmətə ən uyğun ikonu seçməyiniz tövsiyyə olunur
- Xidmət başlığı – əlavə etmək istədiyiniz xidmətin adını qeyd edin
- Xidmət təsviri – xidmət barədə ətraflı məlumat verə bilərsiniz. Bunlar xidmətin mahiyyəti, detayları, qiyməti, məkanı və s. kimi məlumatlar ola bilər
Maksimum 15 ədəd xidmət əlavə edə bilərsiniz.
Biliklər/Bacarıqlar #
Fərdi qabiliyyətlərinizi qeyd edə biləcəyiniz bu alt bölmədə ixtisasınızı dəstəkləyəcək, xidmətinizin keyfiyyətini tamamlayan informasiyalar qeyd edə bilərsiniz.

“Yeni bacarıq/bilik əlavə et” düyməsi altında açılan paneldə yalnız 1 bilik/bacarıq qeyd etmək lazımdır. Burada həmin bilik/bacarığa aid 3 məlumat qeyd edə bilərsiniz:

- Başlıq – qeyd etmək istədiyiniz bilik/bacarığın adı
- (%) faiz göstəricisi – bilik/bacarığı mənimsəmə səviyyəniz
- Rəng – vizual xarakter daşıyır. Zövqünüzə uyğun rəng seçə bilərsiniz
Bu informasiyaları doldurduqdan sonra “Yadda saxla” düyməsi ilə qeyd etdiyiniz bilik/bacarıq hesabınıza əlavə olunur.
Maksimum 15 ədəd bilik və bacarıq əlavə edə bilərsiniz.
Bio #
Özünüz və işiniz haqqında əlavə etmək istədiyiniz məlumatları burada qeyd edə bilərsiniz.

- Başlıq – ad və soyadınızı qeyd edin
- Təsvir – hazırda ixtisas və peşənizlə bağlı vəzifənizi və ya mövqeyinizi qeyd edin
- Bioqrafiya – özünüz və işiniz barədə bütün qeyd etmək istədiyiniz məlumatları əlavə edə bilərsiniz
Vebsayt #
Şəxsi vebsaytınız varsa, burada qeyd edə bilərsiniz. Bu məlumatın doldurulması mütləq deyil.
Məsuliyyət #
Qeyd etdiyiniz məlumatların doğruluğu və saxta olmaması haqqında bütün məsuliyyəti siz daşıyırsınız. Bu məsuliyyəti saytda qeydiyyatdan keçərək “Qaydalar və Şərtlərimiz” bəndini təsdiqləməklə öz üzərinizə götürürsünüz.