Peşəkarların başlıca forum fəaliyyəti verilmiş sualları cavablandırmaq və istifadəçilərə problemlərinin həlli istiqamətində konsultasiya verməkdir. Bu fəaliyyət siz peşəkarlara böyük ölçüdə faydalar təmin edir. Onlardan bir neçəsi ilə tanış olaq.
Göbələklər #
ineed mükafatlandırma sisteminin əsas vahidi olan göbələk qazanmanın ən effektiv yollarından biri forum fəaliyyətidir. Aşağıdakı qazancları əldə edə bilərsiniz:
- Forum sualı yaradaraq – 3 göbələk (anti-spam məqsədilə hər 3 dəqiqədə 1 dəfə hesablanır)
- Forum sualını cavablandıraraq – 3 göbələk (anti-spam məqsədilə hər 3 dəqiqədə 1 dəfə hesablanır)
- Forum cavabınıza “müsbət” səs alaraq – 1 göbələk (limitsiz)
ineed göbələklərinin sizə gətirdiyi faydaları bu keçiddən oxuya bilərsiniz.
Nailiyyətlər nişanları #
ineed nailiyyətləri də ineed mükafatlandırma sisteminin əsas göstəricilərindən biridir. Forum fəaliyyətiniz nəticəsində qarşıya qoyulmuş addımları tamamlayaraq nailiyyət nişanları qazana bilərsiniz. Bu nişanlar sayt boyunca sizin hesab qutunuzdan asılacaq. Aşağıdakı nailiyyət nişanları yalnız forum fəaliyyəti nəticəsində qazanıla bilər:
- Forum – İlk cavab (Bürünc)
- Forum – İştirakçı (Gümüş)
- Forum – Təminatçı (Qızıl)
- Forum – Ekspert (Platin)
- Forum – Master (Almaz)