Əslində istifadəçilər və peşəkarlar forumdan eyni səviyyədə, yəni forumun bütün funksiyalarından sərbəst şəkildə istifadə etmək səlahiyyətinə malikdir. Lakin, qazanılan fayda baxımından kifayət qədər fərqlər mövcuddur. Forumun İstifadəçilər üçün faydalardan bəziləri ilə tanış olaq.
Suallara peşəkar cavabları #
Təəssüf ki, internetdə Azərbaycan dilində məlumatlar kifayət qədər azdır. Suallarımızı verə biləcəyimiz ünvanlar isə demək olar ki, yoxdur. Doğrudur, xarici dillərdə məlumatlar kifayət qədər zəngindir və hazırda, Süni İntellekt maşınları sürətlə inkişaf edir. Lakin, xüsusi mövzularda bu vasitələr köməyə çata bilmir. Örnək üçün, cəmiyyətlər arasındakı bioloji, psixoloji, mental, hüquqi, ənənəvi, inanc, analistik, coğrafi fərqliliklərdən dolayı, məsələn, ingilis dili mənbələrdə suallarımıza yalnış cavab tapma ehtimalı kifayət qədər qabarır.

Süni İntellekt maşınları isə hələlik yalnız bu mənbələrdən qidalandığı üçün nəticə dəyişmir. Eləcə də, bu maşınlar mümkün hadisələr qarşısında məsuliyyət daşımamaq üçün proqramlaşdırıldığından adətən neytral, yəni, “X faktı, lakin işin mütəxəssisinə müraciət etməyiniz vacibdir” kimi cavablar çıxarır.

Doğrudur, ixtisaslaşma kapitalizmin ən təməl dayaqlarından biridir. Yuxarıdakı vəziyyətdə peşəkar veterinar cavabı və ya digər heyvansevərlərin təcrübələri sizin zoo mağaza axtarışınızı tamamilə həll edə bilər. Hər işi öz mütəxəssisinə əmanət etmək ən doğrusudur. ineed forum bölməsi bu peşəkarlar mütəxəssisləri sizə daha yaxın edir. Suallarınızı işinin ustasına verin!
Digər insanların təcrübələri #
Bəzən qərar vermə prosesimizdə digər insanların rəyləri və keçmiş təcrübələri böyük önəm daşıyır. Belə geridönüşlər almaq qərarın verilmə müddətini qısaldır və etibarlılığına güvəncimizi artırır. Bu baxımdan, hər kəsin fikirlərini soruşa biləcəyiniz, bununla belə öz təcrübələrinizi bölüşərək digər insanlara kömək edə biləcəyiniz forum bölməsi hər gün ziyarət etmək üçün əvəzsiz yerdir.
Doğru peşəkarı tapın #
Məsələn, baş ağrısı nəticəsində forumda soruşulan səbəb və həll tipli suala verilən peşəkar cavablar arasından bəziləri sizin probleminizi daha doğru təsvir edir və həll yolu sizə daha məntiqli gəlirsə, bu cavabların sahibləri ilə hesablarına daxil olaraq daha yaxından tanış ola bilərsiniz. Güvəninizi tamamladıqdan sonra artıq sizi təbrik etmək olar! Siz özünüzə ən uyğun peşəkar həkimi tapdınız!
Göbələklər #
Forumda iştirak etmək – sual vermək və verilən sualları cavablamaq peşəkarlarla yanaşı istifadəçilərə də ineed göbələkləri qazandırır. Qazanılan göbələklər sizin aktivlik göstəricinizdir və ineed istifadəçi reputasiyanızı artırır. Bununla belə, ineed.az tərəfindən göbələklərin real heyatda istifadəsinə dair planlar qurulur.