Mündəricat
Forumda axtarış edərək keçmiş topiklərdə axtardığınız cavabı tapa bilərsiniz və ya sualınızın aid olduğu forum kateqoriyasında yeni sual topiki yarada bilərsiniz. Bunun üçün:
Forum kateqoriyasına daxil olub “Sual ver” düyməsinə klikləyirsiniz #

Açılan pəncərədə xanaları doldurursunuz: #
- Başlığı buraya daxil edin – xanasına mövzunuzun adını və ya başlığını qeyd edin
- Aşağıdakı geniş xanada isə sualınızı ətraflı yazın. Əgər sualınızla bağlı (məsələn, daha yaxşı izah üçün) media fayllar əlavə etmək istəyirsinizsə
- Fayl əlavə edin – cihazınızdan uyğun faylları yükləyin
- Sual teqləri – sualınızın əhatə etdiyi mövzuları teq olaraq daxil etməyiniz sualınızın daha uyğun peşəkarlar tərəfindən görünməsi və sizdən sonra bu sualla qarşılaşan digər insanların da sizin topikinizdən yaralanması baxımından çox önəmlidir. Bir neçə teq əlavə etmək istəyirsinizsə, onları “vergül” işarəsi ilə ayırın
- Bu sualı izləyin – seçimi sizə forum sualınızla bağlı yenilikləri email bildirişi ilə qəbul etməyinizə imkan verir
