ineed’də fəaliyyət göstərən və xidmət təklif edənlər Peşəkarlar adlanır. Axtarış zamanı peşəkarın sahəsini və ya xidmətin adını yazaraq axtarmağınız tövsiyyə olunur.
Məsələn, “Stomatoloq” yazaraq axtarmağınız peşəkar axtarışı, “Riyaziyyat hazırlığı” isə xidmət axtarışıdır.
Sürətli axtarış üçün Komputerdə ekranın sağ üst küncündə “Lupa” ikonuna klikləyərək, Mobil cihazlarda isə yenə ekranın sağ üst küncündə Hamburger Menyu > Xidmət axtar düyməsindən istifadə edərək, axtarmaq istədiyiniz xidməti və ya peşəkarı tapa bilərsiniz.


Daha geniş axtarış metodu isə “Peşəkarlar” səhifəsində əsas axtarış panelindən istifadə etməkdir.

Burada Xidmət/Peşəkar xanasından əlavə Ünvan və Məsafə xanası da mövcuddur. Ünvan xanası vasitəsilə seçdiyiniz ünvana ən yaxın xidməti tapa bilərsiniz. Burada kiçik “lokasiya ikonu” görəcəksiniz ki, bu da sizin hazırki mövqeyinizə ən yaxın xidmətdən yararlanmağınız üçün nəzərdə tutulmuşdur. Axtarılan xidmətin seçilən və ya mövcud ünvana maksimum uzaqlığını təyin etmək üçün “Məsafə” xanasından istifadə edə bilərsiniz.
Digər bir axtarış metodu isə, ineed Telegram Axtarış Botudur. Bot sayta girmədən, sadəcə Telegram vasitəsilə axtardığınız xidmətləri və peşəkarları tapmağınız üçün sürətli həllərdən biridir. Botdan istifadə etmək üçün bu keçidə daxil olub birbaşa axtarış sözünü yazdıqdan sonra təklif edilən linkə klikləməklə axtarış nəticələrinə keçid edə bilərsiniz.


Eyni addımları Menyu > /axtar komandasını çağırmaqla da etmək mümkündür.
