ineed’də 2 hesab növü mövcuddur:
- İstifadəçi
- Peşəkar
Bütün yeni qeydiyyatdan keçmiş hesablar “İstifadəçi” rolunda başlayır.
Bu rol əsasən xidmət istehlakçılarına, həmçinin saytın Forum bölməsi istifadəçilərinə uyğun gəlir.
“İstifadəçi” hesablar üçün mümkün funksiyalar:
- 🟢 Xidmət/peşəkar axtarmaq
- 🟢 Peşəkarlar barədə tam məlumat əldə etmək
- 🟢 Peşəkarlarla birbaşa mesajlaşmaq (DM)
- 🟢 Forum bölməsində fəaliyyət
- 🟠 İnkişaf bölməsində fəaliyyət (natamam)
“İstifadəçi” hesablar üçün qeyri-mümkün funksiyalar:
- 🔴 Bütün peşəkarlıq fəaliyyətləri
- 🔴 Peşəkarlar səhifəsində görünmək
- 🔴 Bloq bölməsində fəaliyyət
- 🔴 Qruplar bölməsində fəaliyyət
- 🔴 Liderlər siralamasında görünmək (tezliklə)
- 🔴 Rəy qəbulu
Hesabınızı istədiyiniz vaxt “Peşəkar” hesaba çevirə bilərsiniz. Bunun üçün “Peşəkar ol” səhifəsinə keçid edərək və ya “Haqqımda” bölməsində “İxtisas sahəsi” seçərək, daha sonra yeni açılan bölmələrin hamısını (“Vebsayt” xaric) doldurmalı və profil şəkli əlavə etməlisiniz.
- 🟢 “Peşəkar” hesablar saytın bütün mövcud və gələcək funksiyalarından istifadə edə bilər.
Hesab yaradarkən dəqiq və tam məlumat verməlisiniz. Hesabınızda baş verən fəaliyyətə görə yalnız siz məsuliyyət daşıyırsınız və hesab şifrənizi siz təhlükəsiz saxlamalısınız. Təhlükəsizliyin pozulması və ya hesabınızın icazəsiz istifadəsi barədə dərhal bizə məlumat verməlisiniz.