ineed’dən tam istifadə edə bilmək, onun bütün funksiyalarından yararlanmaq üçün qeydiyyatdan keçə bilərsiniz. Bunun üçün ineed.az > Qeydiyyat səhifəsində:
- İstifadəçi adı (nik, username) – yalnız hərflər, rəqəmlər, . (nöqtə), – (tire) və @ simvolları ola bilər. Bitişik sözdən ibarət olmalıdır.
- E-poçt ünvanı – şəxsi emailiniz olmalıdır, təsdiqləmə tələb olunur.
- Şifrə (parol) – istədiyiniz açar sözlər təyin edə bilərsiniz. Hesabınızın təhlükəsizliyi üçün şifrənizin “Güclü” olaraq işarələndiyindən əmin olun.
- Şifrəni təsdiqlə – təyin etdiyiniz açar sözün eynisini bu xanada yazaraq şifrənizi təsdiqləmiş olursunuz. Nüsxələ-yapışdır üsulundan istifadə etməməyiniz tövsiyyə olunur.
Xanalarını doldurduqdan sonra Google reCAPTCHA vasitəsilə “Mən robot deyiləm” seçimini aktivləşdirdikdən sonra açılan pəncərədə şəkillər arasından sizdən tələb olunanları seçərək “Doğrulayın” düyməsini klikləyin.
Bütün xanaları doğru doldurduğunuzdan əmin olduqdan sonra “Qeydiyyatdan keç” düyməsi ilə hesabınızı yaratmış olursunuz