Bildiyimiz kimi komputerlər həyatımızın əsas və önəmli komponentidir. Bəzilərimiz iş məqsədi ilə, bəzilərimiz oyun oynamaq, bəzilərimiz isə sadəcə vaxtını keçirmək məqsədilə komputerlərdən istifadə edir. Noutbuk və personal komputerlərin hər birinin prosessoru – yəni beyni olur. Hansı ki, həmin beyin sayəsində əsas funksiyalar həyata keçirilir. Belədə aydın olur ki, prosessor çox qızdıqda və ya işləmədikdə komputer görüntünü ekrana verə bilmir və ya işlədiyi vaxt ani zamanda sönə bilər. Bunların baş verməsinin qarşısını almaq üçün mütləq şəkildə yeni alınmış komputerlər bir il və ya il yarımdan sonra (baxır işlədilməyə) açılaraq tozdan təmizlənməli və termo pastaları dəyişilməlidi. İlk texniki baxışdan sonra növbəti 6-9 ay ərzində yenidən mütəxəssis yanına aparılaraq yoxlanmalı və lazım gələrsə yenidən kuleri tozdan təmizlənməlidi. Termo pasta isə dəyişilməlidir. Termo pastaların dəyişimi zamanı nəzərə alınmalıdır ki, ucuz və keyfiyyətsiz termo pastalar komputerlərinizə xeyirdən çox ziyan vura bilər. Bəzən ucuz qiymətə təklif olunan xidmətlər insanların aldanmasına gətirib çıxarır. Ona görədə bu prosesləri etibarlı və işində peşəkar insalara həvalə edilməsinə önəm verilməlidir.
Bizə yazın
Saytla bağlı sizi maraqlandıran suallarınızı, ineed'in funksionallığını artırmaq və sizə daha yaxşı xidmət göstərməyimiz üçün təklif və ya iradlarınızı yaza bilərsiniz
👍🏻👍🏻
Thanks