Deməli, hekayə belə başladı.. Kəndli poçtalyon – Ferdinand Cheval hər gün 29km-lik poçt marşrutu zamanı daş toplamağa başladı. Hər gün daha çox daş toplayırdı ki, nəhayət, daha çox divar və struktur yaratmaq üçün öz dövriyyəsinə təkərli araba götürməyə başladı. O, tək başına 24 metrlik bir saray inşa etdi. Saray “Le Palais ideal” adlanır. Cheval’ın heç bir memarlıq və tikinti təcrübəsi yox idi və saray dəvəquşu, fil, çita və ayıya bənzəyən fantastik heykəllərlə bəzədilib. Maraqlısı o idi ki, bu adam nə fil, nə çita, nə də daha şərq məbədləri görməmişdi. O, sadəcə Fransadakı
poçt marşrutunda çatdırmalı olduğu açıqcalar və jurnallardan ilhamlanaraq mifik canlıları əks etdirmişdi.
Le Palais ideal Sarayı 1912-ci ildə tamamlandıqdan 100 il sonra hələ də Fransada yerləşməkdədi.
Bizə yazın
Saytla bağlı sizi maraqlandıran suallarınızı, ineed'in funksionallığını artırmaq və sizə daha yaxşı xidmət göstərməyimiz üçün təklif və ya iradlarınızı yaza bilərsiniz
Ehsen yeni meqalelerinizi severek oxuyaram😇👍🏻