Dünyanın unutduğu ,ancaq, 1912-ci ildən 1948-ci ilə qədər Olimpiada oyunlarının bir hissəsi olaraq memarlıq üzrə yarışlar keçirilib. Həmçinin, beş yaradıcılıq sənət kateqoriyası üzrə – memarlıq, rəssamlıq, heykəltəraşlıq, ədəbiyyat və musiqi də daxil olmaqla Beynəlxalq Olimpiya Komitəsi bu yarışları tərtib edib.
Memarlıq üzrə ilk Olimpiya qızıl medalını İsveçrəli Eugène-Edouard Monod və Alphonse Laverriére şəhərsalma layihəsilə – Müasir Stadionun Tikinti Planına görə qazanmışdılar. 1920-ci ildə (Antverpen) və ya 1924-cü ildə (Paris) qızıl medallar verilməmişdir. 1928-ci il Amsterdam oyunlarında holland memar Yan Vils, bir çox Olimpiya idman növlərinə ev sahibliyi edən Amsterdamdakı Olimpiya Stadionunun layihısinə görü qızıl medal qazanıb.
Beynəlxalq Olimpiya Komitəsini quran müasir Olimpiada Oyunlarının atası Pyer de Kuberten üçün musiqi, mahnı və natiqlik üzrə yarışların keçirildiyi qədim Olimpiada oyunları olduğu kimi, incəsənət yarışları həmişə müasir Olimpiadalar üçün ilkin niyyətlərinin bir hissəsi olub. De Kuberten o zaman yazırdı: “Olimpiyanın yüksək dövrlərində təsviri incəsənət Olimpiya Oyunları ilə harmonik şəkildə birləşdirilərək öz şöhrətini yaradırdı. Bu, bir daha reallığa çevrilməlidir”.
1936-cı il Berlin oyunlarında Avstriyalı Hermann Kutschera heç vaxt tikilməyən Xizək Stadionu dizaynına görə qızıl medal qazandı. Elə həmin il incəsənət, idman və siyasət Stadiona görə bir-birinə qarışdı və Verner Març və Valter Març “Xizək Stadionunun”dan qızıl medalı götürdülər. Çünki, qənaətə gəlmişdilərki, Stadionun nəhəng miqyası narsist Almaniyasının yüksələn gücünü nümayiş etdirmək üçün nəzərdə tutulmuşdu.
👍🏻👏🏻
əla