Uşaqlarımıza düzgün davranış öyrətmək dedikdə, çox vaxt insanlar arasında cəzalandırma ve ya onlarla sərt davranmaq kimi anlayışlar başa düşülür, amma əslində heç də belə deyil. Uşaqlarımız gələcəyimizin güzgüləridir. Bildiyimiz kimi, hər bir uşağın tərbiyəsində ailənin rolu böyükdür. Uşaqlara hər dediyimiz sözə diqqət etməliyik, çünki onların gələcəkdə öz mövqelərini tutmaqları üçün valideyn tərbiyəsindən çox şey aslıdır. Uşaqlara nəyin doğru, nəyin sehv olduğunu göstərmək üçün və doğruların həyatımızda əhəmiyyətini anlatmaqla uşaqlarda düzgün davranışı sərgiləyə bilərik. Uşaqlar səhv edən zaman onlara istər fiziki, istərsə də psixoloji təsir göstərmək olmaz, bu uşaqları daha da ruhdan salar və həyata küsdürər. Ona görə etdiyimiz hər bir hərəkəti onları incitmiyəcək tərzdə etməliyik. Buradan bele bir sual ortaya çıxır:
Uşaqlarımıza düzgün davranışı öyrədən zaman nələri nəzərə və diqqətə almalıyıq?
1.Uşaqların müəyyən yaş dövrləri var ki, uşaqlar o zaman özlərini diqqət mərkəzində hiss edirlər, sanki dünya onların istəklərinin ətrafında fırlanır, bir sözlə, çılğın olurlar. Mən deyərdim ki, bu zamanda uşaqlarımızdan yetkin bir davranış gözləmək heç də düzgün deyil. Hər bir uşaq uşaqlığını yaşamalıdı və bu onların gələcəyi üçün çox vacibdir.
2.Uşaqların əsəbi, hirsli olan vaxtlarında onları öz hisləri ilə yaşamağa icazə verin. Çalışın onun yanına getməyəsiz, o sakitləşən zaman gedib onunla söhbət apara bilərsiz, amma onları dinləmək şərtilə. Bu hal kiçik yaşlı uşaqlarda daha uğurlu bir addım sayıla bilər. Onlar hislərini ifadə edən zaman çalışıb onları diqqətdən dinləyib sonra nəyin düz, nəyin sehv olduğunu başa salmaq lazımdır. Əgər uşağınız hirsli olan zaman ona hər hansı bir fiziki cəza göstərsəniz inanın siz uşağınızın sadəcə nifrətini qazana bilərsiz. Nəzərə almalısınız ki, uşaqlar o dövrlərində çox həssas olurlar.
3.Yuxarıda dediyimiz kimi uşağınız hirsli olan zaman onun altında yatan duyğunu araşdırın, yəni ki onun hirsinin səbəbini araşdırın. Bəlkə uşağınız siz xəstəsiz ve ya üzgünsünüz deyə esəbini,hirsini nəyisə dağıtmaqla, kiməsə əsəbləşməklə cıxardır? Çünki uşaqlar o vaxtlarında sirrli olurlar, nəyisə paylaşmaq da çətinlik çəkirlər, sanki içlərində nəyisə səhv deyərəm deyə bir qorxu olur.
4.Hislərini ifadə etməkdə çətinlik çəkdiyini görürsünüzsə, onlara yardımçı olun. Ona inandığınızı hər dediyi sözdə onu başa düşməyə çalışacağınıza inandırın. Sizə güvən hissi yaratmağa çalışın. İnanın o zaman o hər bir sirrini sizinlə paylaşacaqdır, qorxusunu dəf edəcəkdir.
5.Uşaqlar hər etdiyi hərəkətdə məsuliyyəti gözə almağı öyrənməlidirlər və sizin üzərinizə düşən tək vəzifə isə onların hər zaman yanında olmaq və onlara olan güvəninizi hiss etdirməkdir. Uşaqlarımız o yaşlarda çox tez küsən, inciyən olurlar. Siz uşaqların inciklik vaxtında sevginizi tam və mülayimcə göstərsəniz, o incikliklər yavaş-yavaş aradan qalxacaqdır.
6.Uşağınıza bir hərəkəti etməyə əmr etməyin, sadəcə variantlar irəli sürün, uşaqda heç fərqinə belə varmadan, siz dediyiniz variantlardan birini seçəcəkdir. İnanın bu uşağınızın özünə olan etibarını artıracaqdır. Onlarla qətiyyən sərt davranmaq olmaz. Bu onları daha sərt ve tərs edə bilər. Bu məqamlara diqqətdən yanaşin.
7.Uşaqlarınıza bir hərəkəti etməyə məcbur şəkildə israr etməyin, bu hərəkəti etməkdə onlarda sevgi və istək yaradın. Bunu daha səmərəli əldə etmək üçün oyun, zarafat və gülmək qata bilərsiz. Bu, uşaqların diqqətini daha çox çəkəcəkdir.
8.Əgər nəyəsə və ya kiməsə əsəbləwmişsizsə, o zaman o mühiti tərk edin, uzaqlaşmağınızın səbəbini ise uşaqla danışın, ondan nəyisə gizlətməyə çalışmayın. İnanın siz nəyisə gizlətsəniz (yəni uşağın bilməsi vacib olan şeyi) və düşünsəniz ki, uşaqdı da başa düşmür, amma onu deyim ki, uşaqlar hər bir şeyi tez duya bilirlər. Uşağınız bir şeyi səhv duyunca özünüzdən düz olanı eşitməsi məncə daha məqsədəuyğundur.
9.Uşağınızın üzərində olan məsuliyyətinizi heç bir zaman unutmayın.
10.Heç bir zaman uşağınızın uğurunu şişirtməyin, bu onda daha lovğa və özündən razı bir xarakter formalaşdırar.
Demirəm ki, onun uğurunu gözə almıyasınız sadəcə hər birşeyi normasında etməyi gözə alın.